Lənkəran şəhərində avtomaşın yanıb

Lənkəran şəhərində avtomaşın yanıb Hadisəyə qısaqapanma səbəb olub
Hadisə
12 Mart , 2017 00:36
Lənkəran şəhərində avtomaşın yanıb

Lənkəran. 12 mart. REPORT.AZ/ Lənkəran şəhərində avtomaşın yanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə şəhərin Əliağa Vahid küçəsi, 80 ünvanında baş verib.

1980-ci il təvəllüdlü Behbudov Ramil Famil oğluna məxsus BMW markalı avtomaşın qəfil alışıb. Tez bir zamanda alov avtomaşının salon hissəsinə yayılıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın lokallaşdırılıb və alovun ətrafa yayılmasının qarşısı alınıb. Yanğına qısaqapanmanın səbəb olduğu ehtimal edilir. Aparılacaq ekspertizanın rəyi əsasında yanğının dəqiq səbəbi müəyyən olunacaq.

Son xəbərlər

Orphus sistemi