Lənkəranda avtomobil təmiri sexi və nəqliyyat vasitələri yanıb

Lənkəranda avtomobil təmiri sexi və nəqliyyat vasitələri yanıb Lənkəranda yanğın hadisəsi olub.
Hadisə
10 Noyabr , 2021 00:38
Lənkəranda avtomobil təmiri sexi və nəqliyyat vasitələri yanıb

Lənkəranda yanğın hadisəsi olub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Gərmətük qəsəbəsində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Təranə Əziz qızı Cəfərovaya məxsus ümumi sahəsi 350 kv.m olan təmir sexi alışıb. Yanğın nəticəsində sexdə təmirə dayanan “VAZ-2106” və “Mercedes” markalı iki avtomobilin yanar konstruksiyaları yanıb.

Əraziyə üç yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Sexin 70 kv.m əşyalarla birlikdə yanıb, qalan sahə yanğından mühafizə olunub.

Yanğının səbəbi aparılacaq ekspertizanın nəticəsində aydınlaşacaq.

Fakt üzrə araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi