Yuxarı

Lənkəranda avtomobil su kanalına aşıb, 5 nəfər xəsarət alıb - FOTO

Yararılardan üçünün vəziyyəti ağırdır

Bakı. 19 fevral. REPORT.AZ/ Lənkəran-Boradigah şossesinin Cil kəndi ərazisində beş nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, "44 BB 482" dövlət nömrə nişanlı “VAZ-21015” markalı avtomobil idarəetməni itirərək su arxına aşıb.

Yararılardan üçünün vəziyyəti ağırdır. 

Xəsarət alanların adları məlum olub. Bunlar, Lənkəran şəhər sakinləri: 1996 il təvəllüdlü Abdullazadə İbrahim Yusif oğlu, 1991-ci il təvəllüdlü Muradov Arif Rasif oğlu, 1994-cü il təvəllüdlü İsmayılzadə İlkin Azər oğludur. Yaralananlar arasında sürücü - 1995-ci il təvəllüdlü Lənkəran rayonu Digah kənd sakini Heydərov Orxan Əkrəm oğlu da var. Bir sərniş isə xəsarəti yüngül olduğundan ambulator müayinədən sonra evə buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi