Lənkəranda avtomobil qəzasında yaralanan şəxs ölüb - FOTO

Lənkəranda avtomobil qəzasında yaralanan şəxs ölüb - FOTO ​Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
8 Fevral , 2016 09:18
Lənkəranda avtomobil qəzasında yaralanan şəxs ölüb - FOTO

Bakı. 8 fevral. REPORT.AZ/ Avtomobil qəzasında ağır xəsarət alaraq komaya düşən Lənkəran sakini bir həftədən sonra dünyasını dəyişib. "Report" xəbər verir ki, rayonun Üzümçülük qəsəbə sakini, 36 yaşlı Arzuman Vəlihəd oğlu Qurbanov fevralın 1-də Liman-Nərimanabad şosesinin 3-cü kilometrliyində velosipedlə hərəkətdə olarkən avtomaşınla vurulmuşdu. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilən A.Qurbanov bu gün səhər saatlarında dünyasını dəyişib. Hadisəni törədən şəxs istintaqa ifadəsində yolun qaranlıq olduğunu, velosipedçini görmədiyini söyləyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi