Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda avtomobil piyadanı vurub Lənkəran rayonunda avtomobil piyadanı vurub.
Hadisə
2 May , 2019 23:50
Lənkəranda avtomobil piyadanı vurub

Lənkəran rayonunda avtomobil piyadanı vurub.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Bürcəli kəndi ərazisində baş verib.

Hirkan qəsəbə sakini Əziz İdris oğlu Əzizov idarə etdiyi "VAZ-2107" markalı, 42-BT-107 dövlət qeydiyyat nişanlı avtomobillə Bürcəli kənd sakini, 28 yaşlı Fariz Naib oğlu Qubadovu vurub.

Nəticədə piyada ağır bədən xəsarətləri alıb. Sürücü piyadanı öz avtomobili ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralı ilkin müayinə və tibbi yardımlardan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi