Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib - FOTO

Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib - FOTO Yaralı xəstəxanaya yerləşdirilib
Hadisə
26 Avqust , 2017 22:37
Lənkəranda avtomobil piyadanı vuraraq ağır xəsarət yetirib - FOTO

Lənkəran. 26 avqust. REPORT.AZ/ Lənkəranda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralı yaxınlığında, şəhərin Fizuli küçəsinin döngəsində qeydə alınıb.

Belə ki, Tağıyev Ağamir Rəfi oğlu idarə etdiyi "VAZ-2106" markalı, 10 KM 483 dövlət seriya nişanlı avtomobillə şəxsiyyəti hələ müəyyənləşdirilməmiş orta yaşlı piyadanı vurub. Nəticədə piyada ağır kəllə-beyin travması alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Fakt araşdırılır. 

Son xəbərlər

Orphus sistemi