Lənkəranda avtomobil 58 yaşlı qadını vurdu

Lənkəranda avtomobil 58 yaşlı qadını vurdu Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Hadisə
129
24 May , 2021 23:53
Lənkəranda avtomobil 58 yaşlı qadını vurdu

Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə mikrorayon ərazisində baş verib. Belə ki, “VAZ-2109” markalı avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Lənkəran şəhər akademik Zərifə Əliyeva küçəsi, ev 38 ünvanında yaşayan Zivər Xalıq qızı Ağayevanı vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin müayinələr zamanı Z.Ağayevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və o, reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi