Yuxarı
    Bağlamaq

    Lənkəranda anasının vəfat etməsinə dözə bilməyən 38 yaşlı şəxs intihara cəhd edib

    Seymur İbadov yaşadığı evdə özünü asaraq intihara cəhd edib

    Lənkəran. 13 may. REPORT.AZ/ Lənkəran rayonunda intihara cəhd hadisəsi baş verib.

    "Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 47-də qeydə alınıb.

    Belə ki, 1979-cu il təvəllüdlü İbadov Seymur Səfər oğlu yaşadığı evdə özünü asaraq intihara cəhd edib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Həkimlər S.İbadovun vəziyyətinin ağır olduğunu bildiriblər.

    Qeyd edək ki, S. İbadovun intihara cəhd etməsinə səbəb onun anasının iki gün əvvəl dünyasını dəyişməsi olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi