Lənkəranda ağır yol qəzası: 1-i Rusiya vətəndaşı olmaqla 2 nəfər xəsarət alıb

Lənkəranda ağır yol qəzası: 1-i Rusiya vətəndaşı olmaqla 2 nəfər xəsarət alıb Lənkəran. 7 mart. REPORT.AZ/ Lənkəran rayonunda yük maşını Mercedes markalı avtomobillə toqquşub.
Hadisə
7 Mart , 2018 12:00
Lənkəranda ağır yol qəzası: 1-i Rusiya vətəndaşı olmaqla 2 nəfər xəsarət alıb
Report

Lənkəran. 7 mart. REPORT.AZ/ Lənkəran rayonunda yük maşını "Mercedes" markalı avtomobillə toqquşub.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının 214-cü kilometrliyində baş verib. "Mercedes" markalı avtomaşınla "Ford" markalı yük maşını toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, Astara rayonunun Pensər kənd sakini, 1979-cu il təvəllüdlü Səhhət Ağayev və onun sərnişini, Rusiya Federasiyasının Dağıstan Respublikasının sakini, 1994-cü il təvəllüdlü Aqabalayev Aqabala Xaspulatoviç müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi