Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanov yolu keçərkən "VAZ-2104" markalı avtomobil tərəfindən vurulub.
Hadisəni törədən Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev yaralını idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
F.Qurbanov Reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
