Lənkəranda 8 mağazadan oğurluq edən şəxs saxlanılıb

Lənkəranda 8 mağazadan oğurluq edən şəxs saxlanılıb Lənkəranda mağazalardan oğurluq edən rayon sakini saxlanılıb.
Hadisə
264
19 Noyabr , 2021 10:09
Lənkəranda 8 mağazadan oğurluq edən şəxs saxlanılıb

Lənkəranda mağazalardan oğurluq edən rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini V.Heydərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə V.Heydərovun oğurluq əməllərinin də üstü açılıb.

Belə ki, onun ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 8 mağazadan ümumilikdə 4000 manata yaxın dəyəri olan məişət əşyaları, tütün məmulatları, spirtli içkilər, nağd pul və sair oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi