Yuxarı

Lənkəranda 64 yaşlı piyadanı maşın vuraraq öldürüb

Qəza Ələt-Astara magistral yolunun 206-cı km-də baş verib

Bakı. 17 Avqust. REPORT.AZ/ Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisində ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə magistral yolun 206-cı km-də, Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.

Yolu keçmək istəyən 64 yaşlı Hirkan qəsəbə sakini Ağayev Nurəddin Ənvər oğlu Babazadə Nurlan Rəşadət oğlunun idarə etdiyi “VAZ 21074” markalı 42 BK 618 dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurulub.

Hadisəni törədən sürücü yaralını öz maşınında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, onun həyatını xilas edə bilməyib. Yaralı yolda keçindiyindən onun cənazəsi Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi