Yuxarı
    Bağlamaq

    Lənkəranda 57 yaşlı qadını avtomobil vuraraq öldürüb - YENİLƏNİB

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 22 fevral. REPORT.AZ/ Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində qeydə alınıb. 

    Hələlik qəzanın baş vermə şəraiti və sürücünün kimliyi məlum deyil. Yaralı Dəstəgül Əzəmət qızı Şəmiyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

    57 yaşlı mərhumun üzərindəki sənəddə onun əslən Şamaxı rayonundan olduğu, hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq qəsəbəsində yaşadığı məlum olub. Qadının jurnalist olduğu deyilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi