Lənkəranda 42 yaşlı qadını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Lənkəranda 42 yaşlı qadını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB Lənkəran. 13 aprel. REPORT.AZ/ Lənkəran rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
13 Aprel , 2018 19:23
Lənkəranda 42 yaşlı qadını qətlə yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Lənkəran. 13 aprel. REPORT.AZ/ Lənkəran rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, Gülşən Salayevadır.

Məlumata görə, o, Sevda Həsənovanı odun parçası ilə çoxsaylı zərbələr yetirməklə qətlə yetirib. Münaqişənin əmlak bölgüsü üstündə baş verdiyi bildirilir.

Qeyd edək ki, G.Salayeva qətlə yetirdiyi S.Həsənovanın həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Nəhmət oğlu Həsənovla qeyri-rəsmi nikahda olub.

A.Həsənovun hər bir qadından da iki övladı var. 

Faktla bağlı araşdırma aparılır. 


***18:22

Lənkəran. 13 aprel. REPORT.AZ/ Lənkəran rayonunda 42 yaşlı qadın qətlə yetirilib.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin Anar Mahmudov küçəsi, 128 ünvanında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Sevda Rüstəm qızı Həsənova ailə münaqişəsi zəminində həyat yoldaşının qeyri-rəsmi yaşadığı qadın tərəfindən öldürülüb.

Məlumata görə, kişi həyat yoldaşı ilə qeyri-rəsmi yaşadığı qadının hər ikisini bir evdə saxlayırmış.

Son xəbərlər

Orphus sistemi