Lənkəranda 3 yaşlı uşaq mürəbbə bişirilən qaynar qaba düşüb

Lənkəranda 3 yaşlı uşaq mürəbbə bişirilən qaynar qaba düşüb Daha bir yanıq hadisəsi isə rayonun Vilvan kəndində baş verib
Hadisə
133
3 İyul , 2015 13:57
Lənkəranda 3 yaşlı uşaq mürəbbə bişirilən qaynar qaba düşüb

Bakı. 3 iyul. REPORT.AZ/ Lənkəranda 3 yaşlı uşaq qaynar mürəbbə qabına düşüb. "Report" xəbər verir ki, hadisə M.F.Axundov küçəsi 20 ünvanında baş verib. 

Valideynlərin diqqətsizliyi səbəbindən 3 yaşlı Aysel Əlizadə ciddi yanıq xəsarətləri alıb. Sağ qol və aşağı ətrafların 2-3-cü dərəcəli termiki yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daha bir yanıq hadisəsi isə rayonun Vilvan kəndində baş verib. 10 yaşlı kənd sakini Nihad Səmədovun üzərinə qaynar samovar aşıb. O, da kürək və bel nahiyəsinin 2-3-cü dərəcəli termiki yanıqları ilə xəstəxanaya çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi