Lənkəranda 21 yaşlı sürücü qəza törədib, yaralanan var - FOTO

Lənkəranda 21 yaşlı sürücü qəza törədib, yaralanan var - FOTO Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır
Hadisə
23 Mart , 2016 12:02
Lənkəranda 21 yaşlı sürücü qəza törədib, yaralanan var - FOTO

Bakı. 23 mart. REPORT.AZ/ Lənkəranda yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Separadi kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Murad Maqsud oğlu Bağırovun idarə etdiyi “Niva” markalı 99 AK 725 dövlət nömrə nişanlı avtomobil rayonun Separadi kənd sakini, 1974-cü il təvəllüdlü Qorxmaz Əyyar oğlu Qasımovun idarə etdiyi “VAZ-2107” markalı 42 BN 187 dövlət nömrə nişanlı maşınla toqquşub.

Xəsarət alan “VAZ-2107”nin sürücüsü sol bud sümüyünün yuxarı 1/3 hissəsinin qəlpəli sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı yol polisi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi