Lənkəranda 20 Yanvar əlili itkin düşüb

Lənkəranda 20 Yanvar əlili itkin düşüb Lənkəran şəhərində ruhi-əsəb xəstəsi olan 47 yaşlı kişi itkin düşüb.
Hadisə
20 Sentyabr , 2019 11:15
Lənkəranda 20 Yanvar əlili itkin düşüb

Lənkəran şəhərində ruhi-əsəb xəstəsi olan 47 yaşlı kişi itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib.

Belə ki, Günay Həbibova Daxili İşlər Nazirliyinin (DİN) “102 Xidməti Zəng Mərkəzi”nə müraciət edərək, 20 Yanvar əlili və ruhi-əsəb xəstəsi olan, 1972-ci il təvəllüdlü həyat yoldaşı Anar Həbibovun sentyabrın 6-da itkin düşdüyünü bildirib.

O qeyd edib ki, həyat yoldaşı A.Həbibov həmin tarixdə yaşadığı Şəhidlər Xiyabanı küçəsindəki evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi