Lənkəranda 17 yaşlı gənc kəsici alətlə ayaqlarına xəsarət yetirib

Lənkəranda 17 yaşlı gənc kəsici alətlə ayaqlarına xəsarət yetirib Lənkəran rayonunda 17 yaşlı gənc ayaqlarını kəsici alətlə kəsib.
Hadisə
14 İyun , 2019 08:45
Lənkəranda 17 yaşlı gənc kəsici alətlə ayaqlarına xəsarət yetirib

Lənkəran rayonunda 17 yaşlı gənc ayaqlarını kəsici alətlə kəsib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə hadisə Osakücə kəndində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Ravil Ramil oğlu Hüseynov hər iki ayağının arxa səthində vətərlərin kəsilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarının dediyinə görə, R.Hüseynov yerdə olan "laqonda" ilə əlindəki dəryazı itiləmək istəyirmiş. Lakin ehtiyatsızlıqdan işlək vəziyyətdə olan "laqonda"nın üstünə yıxılıb. Nəticədə ayaq vətərləri kəsilərək çoxlu qan itirən R.Hüseynova ilkin zəruri tibbi yardımlar göstərildikdən sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi