Lənkəranda 16 yaşlı qız intihar edib

Lənkəranda 16 yaşlı qız intihar edib Lənkəran şəhərində intihar hadisəsi baş verib
Hadisə
3 Aprel , 2021 21:23
Lənkəranda 16 yaşlı qız intihar edib

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə rayonun Girdəni kəndində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Monika Cəbrayıl qızı Hüseynzadə yardımçı tikilidə özünü asaraq intihar edib.

Belə ki, 103 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına damdan yıxılaraq xəsarət alma ilə bağlı çağırış olub. Həkim briqadası hadisə yerinə çatanda sözügedən şəxsin öldüyü məlum olub.

İlkin müayinə zamanı M.Hüseynzadənin hündürlükdən yıxılaraq xəsarət alması nəticəsində deyil, asılaraq ölməsi müəyyənləşib.

Əldə etdiyimiz məlumata əsasən M.Hüseynzadə yetkinlik yaşına çatmasa da bir müddət əvvəl ona elçi gəlib və ailə üzvləri bu izdivaca razılaşmayıblar.

Bundan sonra qızda psixoloji narahatlıqlar yaranıb. Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi