Lənkəran və Salyanda ev yanıb

Lənkəran və Salyanda ev yanıb Lənkəran şəhərində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Hadisə
14 Avqust , 2021 08:13
Lənkəran və Salyanda ev yanıb

Lənkəran şəhərində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m² ) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın və dəhlizin yanar konstruksiyaları 40 m² sahədə yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Eyni zamanda Salyan rayonunun Kərimbəyli kəndində ümumi sahəsi 464 m² (hər mərtəbəsi 232 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 175 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi