Yuxarı
    Bağlamaq

    Lənkəran və Neftçala şəhərlərində yanğın olub

    Hər iki yanğının qarşısı alınıb

    Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın Lənkəran və Neftçala şəhərlərində yanğın hadisəsi olub. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Lənkəranda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 6 otaqlı evin 1 otağının tavanı 2 kv.m sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik ümumi sahəsi 195 kv.m olan digər ev yanğından mühafizə olunub. Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Neftçala şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli ikiotaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi