Lənkəran. 21 mart. REPORT.AZ/ Gecə saatlarında Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çoxlu qan itirmiş halda yaralı daxil olub.
Kişi xəstəxanaya oğlan övladları tərəfindən gətirilib. Onların bildirdiyinə görə, şəhərin Anar Mahmudov küçəsində yaşayan 1966-cı il təvəllüdlü ataları Əmənov Şirzad Əlihüseyn oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisə Şəhidlər xiyabanı küçəsində, "Raypo" adlanan ərazidə baş verib. Yaralı Ş.Əmənov Reanimasiya şöbəsinə yerləşdirilib. Oğlanlar izahatları alınması üçün polis şöbəsinə aparılıblar.
Faktla bağlı araşdırma aparılır.