​Lənkəran şəhərində azyaşlı uşaq xilas edilib

​Lənkəran şəhərində azyaşlı uşaq xilas edilib Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
5 fevral 2015 17:24
​Lənkəran şəhərində azyaşlı uşaq xilas edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Lənkəran şəhərində mənzildə 1 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Cənub Regional Mərkəzinin Xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilin qapısını açaraq azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi