Yuxarı

Lənkəranın yeni polis rəisi kollektivə təqdim olunub

İslam Hümbətovu kollektivə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev təqdim edib

Lənkəran. 25 iyun. REPORT.AZ/ Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) yeni rəisi, polis polkovniki İslam Hümbətov kollektivə təqdim olunub.

“Report”un Cənub bürosu xəbər verir ki, İ.Hümbətovu kollektivə daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev təqdim edib.

Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib. Nazirin digər əmri ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynov təqaüdə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi