Lənkəran sakininin evindən narkotik vasitə və silah-sursat aşkarlanıb

Lənkəran sakininin evindən narkotik vasitə və silah-sursat aşkarlanıb Lənkəran sakininin evindən narkotik vasitə və silah-sursat aşkarlanıb.
Hadisə
28 Noyabr , 2019 13:34
Lənkəran sakininin evindən narkotik vasitə və silah-sursat aşkarlanıb

Lənkəran sakininin evindən narkotik vasitə və silah-sursat aşkarlanıb.

 Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Ş.Əsgərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı oradan çəkisi 3 kiloqram 255 qram, yaşadığı evə baxış zamanı isə 9 kiloqram 266 qrama yaxın marixuana, habelə 1 ədəd müvafiq sənədləri olmayan “”İJ-58” markalı ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən Ş.Əsgərovun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilib.

Narkotiklərin qanunsuz dövriyyəsində ona vasitəçilik etməkdə şübhəli bilinən Qurumba kənd sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi