Lənkəran sakininin evində 2 kq-dan artıq narkotik aşkarlandı

Hadisə
  • 29 mart, 2021
  • 08:03
Lənkəran sakininin evində 2 kq-dan artıq narkotik aşkarlandı
E.Quliyev

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 2 kq-dan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbəsinin sakini E.Quliyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 1 bükümdə heroin, 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq E.Quliyein yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kq 555 qram heroin, 510 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti