Lənkəran sakininə çaqqallar hücum edib - FOTO

Lənkəran sakininə çaqqallar hücum edib - FOTO Lənkəran. 20 noyabr. REPORT.AZ/ Lənkəran rayon sakininə çaqqallar hücüm edərək ona xəsarət yetirib.
Hadisə
20 Noyabr , 2018 10:41
Lənkəran sakininə çaqqallar hücum edib - FOTO
Report
0 : 00
0 : 00

Lənkəran. 20 noyabr. REPORT.AZ/ Lənkəran rayon sakininə çaqqallar hücüm edərək ona xəsarət yetirib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Xanbulan kəndində baş verib.

Belə ki, səhər saatlarında işə getmək üçün həyətdən çıxan Cavad Şəmsəddin oğlu Muradov çaqqallarla üz-üzə gəlib. Bu zaman yırtıcı heyvanlar ona hücum edib. O yırtıcı heyvanlara müqavimət göstərən zaman müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səsə C.Muradovun atası gəlib və çaqqallardan birini öldürüb. Xəsarət alan C.Muradov xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə peyvənd vurulub.

Son xəbərlər

Orphus sistemi