Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
Hadisə
13 Noyabr , 2019 13:06
Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb
Customs.gov.az

Lənkəran sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə "Report"un Cənub Mərkəzinə DİN Mətbuat Xidmətinə Lənkəran regional qrupundan məlumat verilib.

Belə ki, noyabrın 7-də saat 22 radələrində Lənkəran rayonunun Lüvəsər kəndi ərazisində 1 nəfərin sellofan torbanı yerə ataraq “Mercedes” markalı avtomobillə hadisə yerini tərk etməsi barədə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib.

Məlumat əsasında dərhal polis əməkdaşları həmin ünvana gəlib, sellofan torbaya baxış zamanı 490 qram heroin, 440 qram tiryək və 410 qram metamfetamin aşkar edilərək götürülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Liman şəhər sakini E.Bağırov olması müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 10 qramdan artıq heroin də aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi