Yuxarı

Lənkəran sakininin üzərindən 100 manatlıq saxta əsginazlar aşkarlanıb

Faktla bağlı araşdırma aparılır

Bakı. 21 dekabr. REPORT.AZ/ Lənkəran sakininin üzərindən narkotik maddələr və 100 manatlıq saxta əsginazlar aşkar olunub. "Report" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının, daxil olan əməliyyat əsasında keçirdiyi axtarış tədbirləri zamanı şəhər sakini 47 yaşlı İnqilab Məmmədəli oğlu Kəlbiyev şübhəli şəxs qismində saxlanılıb. İ.Kəlbiyevin üzərinə baxış zamanı ondan 100 manatlıq saxta əsginazlar və narkotik vasitələr aşkar olunaraq götürülüb. 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi