Lənkəran sakini balıq tutarkən çayda boğulub - YENİLƏNİB

Lənkəran sakini balıq tutarkən çayda boğulub - YENİLƏNİB Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
11 Dekabr , 2018 11:49
Lənkəran sakini balıq tutarkən çayda boğulub - YENİLƏNİB
0 : 00
0 : 00

Lənkəran. 11 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda 52 yaşlı kişi balıq tutarkən çayda boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə Lüvəsər kənd sakini Valeh Fəyaz oğlu Nəsirov dünən günorta saatlarında evdən çıxıb, lakin evə qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün aidiyyati qurumlara məlumat veriblər. Sonradan onun çaya balıq ovuna getdiyi məlum olub. Bu gün səhər saatlarında çayın kənarında V.Nəsirova məxsus balıq ovlamaq üçün istifadə etdiyi tilov aşkar edilib. Xilasedicilər  tərəfindən V.Nəsirovun meyidi sudan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

İlkin məlumata görə V.Nəsirov ehtiyatsızlıqdan çaya yıxılıb və qıcolma səbəbindən suda boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



*** 11:03

Lənkəran. 11 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda yerli sakin çayda boğulub.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran çayının Lüvəsərə kəndi ərazisindən keçən hissəində baş verib. 

Belə ki, hələlik adı məlum olmayan şəxs çayda balıq ovlayan zaman boğularaq ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdşaları, Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası və xilasedicilər cəlb edilib. 

Onun meyitinin sudan çıxarılması üçün araşdırmalara başlanılıb.  

Son xəbərlər

Orphus sistemi