Lənkəran sakini 2 kq-dan artıq narkotik maddə ilə saxlanılıb

Lənkəran sakini 2 kq-dan artıq narkotik maddə ilə saxlanılıb O, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyat zamanı tutulub
Hadisə
22 Yanvar , 2017 13:39
Lənkəran sakini 2 kq-dan artıq narkotik maddə ilə saxlanılıb

Lənkəran. 22 yanvar. REPORT.AZ/ Lənkəran sakinindən 2 kq-dan artıq narkotik maddə götürülüb.

"Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının Səpnəkəran kəndində həyata keçirdikləri əməliyyat zamanı "BMW" markalı "90-CA-666" dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılıb.

Baxış zamanı həmin maşında sərnişin qismində olan 1981-ci il təvəllüdlü Lənkəran şəhər sakini Məmmədov Akşin Aslan oğluna aid olduğu bildirilən bağlamada narkotik vasitə hesab olunan 2 kq-dan artıq tiryək və güclü təsiredici xüsusiyyətlərə malik olan həblər aşkar edilərək götürülüb. Narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirməkdə şübhəli bilinən hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Narkotik maddə hesab edilərək maddi sübut kimi götürülən bağlama ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi