Lənkəranda yol qəzası baş verib, ölən var - FOTO - YENİLƏNİB

Lənkəranda yol qəzası baş verib, ölən var - FOTO - YENİLƏNİB Lənkəra rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
17 Sentyabr , 2019 16:51
Lənkəranda yol qəzası baş verib, ölən var - FOTO - YENİLƏNİB

Lənkəra rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosunun əldə etdiyi məlumata görə, Astara rayonunun Maşğan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi "Mercedes" markalı yük maşını Lənkəran rayonunun Osakücə kənd sakini, 1953-cü il təvəllüdlü Şəmsəddin Babayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ 2107" yoldan çıxaraq elektrik dirəyinə çırpılıb, sürücü Ş.Babayev hadisə yerində ölüb. Sürücünün meyiti ətrafdakıların köməyi ilə deformasiyaya uğramış avtomobilin içərisindən çıxarılıb və ailəsinə təhvil verilib. Onun təqaüddə olan polis əməkdaşı olduğu bildirilir.


*** 14:58

Lənkəran rayonunda yol qəzası baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Vilvan kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Mercedes" markalı yük və "VAZ 2107" markalı avtomobillər toqquşub. Hadisə zamanı "VAZ"ın sürücüsü ölüb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi