Lənkəran polisi əməliyyatlar keçirib, 9 nəfər saxlanılıb

Lənkəran polisi əməliyyatlar keçirib, 9 nəfər saxlanılıb Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Taris Nağızadə saxlanılıb.
Hadisə
26 Noyabr , 2021 11:08
Lənkəran polisi əməliyyatlar keçirib, 9 nəfər saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Taris Nağızadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb.

Araşdırmalarla T.Nağızadənin Lənkəran şəhəri ərazisində bir evdən 600 manat pul oğurladığı da müəyyən edilib.

Bildirilib ki, bununla yanaşı həmin şəxsin özünü tibb işçisi kimi təqdim edərək müəyyən pul müqabilində COVID-19 pasportu verəcəyi bəhanəsi ilə bir nəfər rayon sakinini aldatdığı da müəyyən edilib: "Onun bu kimi əməllərindən zərərçəkən digər şəxslər varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur".

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Zaur Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanıb. Aparılan araşdırmalarla onun rayon ərazisindəki evlərdən birindən 1 000 manat dəyərində televizor oğurladığı da müəyyən edilib.

Həmçinin şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri R.Əliyev, M.Ağayev, R.Rəsulzadə, İ.Cahangirov, A.Əliyev A.Cəfərova və F.Abbasov saxlanılıb.

Onlardan satış üçün hazır bükümlərdə qablaşdırılmış heroin, metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi