Lənkəran İcra Hakimiyyəti uşaq bağçasında baş verən yanğınla bağlı yayılan məlumatlara münasibət bildirib

Lənkəran İcra Hakimiyyəti uşaq bağçasında baş verən yanğınla bağlı yayılan məlumatlara münasibət bildirib Lənkəran. 30 aprel. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rayonun Vel kəndində yerləşən uşaq bağçasında baş verən yanğınla bağlı yayılan məlumatlara münasibət bildirib.
Hadisə
30 Aprel , 2018 10:59
Lənkəran İcra Hakimiyyəti uşaq bağçasında baş verən yanğınla bağlı yayılan məlumatlara münasibət bildirib

Lənkəran. 30 aprel. REPORT.AZ/ Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rayonun Vel kəndində yerləşən uşaq bağçasında baş verən yanğınla bağlı yayılan məlumatlara münasibət bildirib. 

"Report"un xəbərinə görə, İcra Hakimiyyətindən bildirilib ki, aprelin 8-də gecə saatlarında Vel kəndində fəaliyyət göstərən 55 yerlik uşaq bağçasında yanğın baş verib və hadisə nəticəsində bina yarasız vəziyyətə düşüb.

Vurğulanıb ki, uşaq bağçasında baş verən yanğınla bağlı bəzi KİV-lərdə həqiqəti əks etdirməyən məlumatlar dərc olunub: "Fövqəladə Hallar Nazirliyinin Cənub regional Yanğına Nəzarət idarəsinin mütəxəsisləri tərəfindən hadisə yerinə baxış keçirilib və müvafiq akt tərtib olunaraq toplanmış materiallarla birlikdə nazirliyin əməliyyat axtarış idarəsinə təqdim olunub. Tədqiqat başa çatdıqdan sonra hadisənin başvermə səbəbləri barədə dəqiq məlumat veriləcəkdir".

Bildirilib ki, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bağça müvəqqəti olaraq həmin kənddə yerləşən “İstəy” liseyinin yay istirahət düşərgəsinə köçurulüb və bağçanın fəaliyyətini normal davam etdirməsi üçün orada lazımı şərait yaradılıb: "Bununla yanaşı bağçanın əsaslı təmiri və bərpasından ötru layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda təmir-bərpa işlərinə başlanılacaq. Bağçanın yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti olduğu üçün heç bir alqı-satqı predmeti ola bilməz. Bəzi saytlarda dərc edilən xəbərlərdə adı çəkilən Nina adlı xanım 2017-2018-ci illərdə icra başıçı tərəfindən qəbul olunmaq üçün icra hakimiyyətinə müraciət etməyib".

Lənkəran ŞİH rayonun Siyavar məktəbinin tikintisi zamanı mənimsəmə olduğu ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. 

Qeyd edilib ki, 2018-ci ilin fevral ayında istifadəyə verilən 96 şagird yerlik yeni modul tipli məktəb Təhsil Nazirliyi tərəfindən layihə-smeta sənədlərinə tam uyğun tikilib və tikinti zamanı heç bir qanunsuzluğa yol verilməyib: "Hazırda məktəb tam standartlara uyğun fəaliyyətini davam etdirir. Məlumatda toxumçuluq anbarı kimi təqdim etdilən tikilinin satılması ilə bağlı bildiririk ki, sözügedən tikililər Lənkəran Kənd Təsərrüfatı İstehsalat Müəsssisəsi MMC-nin balansındadır və hazırda müəssisə tərəfindən istifadə olunur". 

İcra hakimiyyətindən bildirilib ki, KİV-də Mədəniyyət Nazirliyinin balansında olan inzibati binanın satılması ilə bağlı məlumatlarda dərc edilib: "Onu da əlavə edək ki, rayonun Siyavar kəndində Mədəniyyət nazirliyinin balansında heç bir inzibati bina olmayıb. Sözu gedən bina isə Siyavar bələdiyyənin balansında olub və 2013-cü il tarixdə aidiyatı təşkilatların rəyi nəticəsində tam qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Nəzərə alın ki, hər hansı məlumatın doğruluğu aidiyyatı təşkilatlarla dəqiqləşdirmədən sonra yayılması məqsədə müvafiqdir". 

Son xəbərlər

Orphus sistemi