Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb Hadisə şəxsi münaqişə zəminində baş verib
Hadisə
16 Aprel , 2017 00:04
Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb
Courtesy İmage

Bakı. 16 aprel. REPORT.AZ/ Lənkəranın Mamusta kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, 55 yaşlı kənd sakini Qənbərov Əmənulla Fətəli oğlu qarının ön nahiyəsinin kəsimiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralı dərhal əməliyyat olunub.

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Hadisə ilə bağlı zərərçəkən Ə. Qənbərovun həmkəndlisi olan Məmmədov Xoşbəxt Balağa oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi