Keçmiş MTN generalının villasında usta işləmiş qardaşların məhkəməsi davam etdirilib

Keçmiş MTN generalının villasında usta işləmiş qardaşların məhkəməsi davam etdirilib Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib
Hadisə
4 May , 2016 13:02
Keçmiş MTN generalının villasında usta işləmiş qardaşların məhkəməsi davam etdirilib

Bakı. 4 may. REPORT. AZ/ Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən, hazırda həbsdə olan iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesə zərərçəkən Elmir Həsənov gəlmədiyi üçün onun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi