​Ləğv edilmiş MTN generalının villasında usta işləmiş qardaşların məhkəməsi başlayıb

​Ləğv edilmiş MTN generalının villasında usta işləmiş qardaşların məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 13-nə təyin edilib
Hadisə
11 Aprel , 2016 10:11
​Ləğv edilmiş MTN generalının villasında usta işləmiş qardaşların məhkəməsi başlayıb

Bakı. 11 aprel. REPORT.AZ/ Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un məlumata görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 13-nə təyin edilib.

Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi