Zabuxda yenidənqurma işləri aparılarkən evdən qumbara tapılıb

Hadisə
  • 08 fevral, 2023
  • 06:58
Zabuxda yenidənqurma işləri aparılarkən evdən qumbara tapılıb

Laçın rayonunun Zabux kəndində yenidənqurma işləri aparılarkən evlərin birində 3 ədəd əl qumbarası aşkar edilib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qumbaralar rayon polis şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti üzrə təhvil verilib.