Yuxarı
    Bağlamaq

    Kürün üzərindəki körpüdə mikroavtobusla toqquşan yük maşını dərəyə yuvarlanıb, xəsarət alanlar var - FOTO

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Salyan rayonunda Kür çayı üzərindəki körpüdə yük maşını ilə mikroavtobus toqquşub. "Report"un xəbərinə görə, Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində qeydə alınan hadisə zamanı iki nəfər xəsarət alıb.

    Belə ki, Yevlax rayon sakini, 1959-cu il təvəllüdlü Şahin Cəlil oğlu Nağıyevin idarə etdiyi "Mercedes" markalı yük maşını hərəkətdə olarkən Salyan rayon sakini, 1958-ci il təvəllüdlü Həmid Gülbala oğlu Həmidovun idarə etdiyi mikroavtobusla toquşub. Nəticədə yük maşını idarəetməni itirərək 15 metr hündürlükdən dərəyə yuvarlanıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücülər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi