Kürdən 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

Kürdən 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB Sabirabad. 28 iyun. REPORT.AZ/ Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən nəzarətsiz ərazidə meyiti tapılan şəxsin kimliyi məlum olub.
Hadisə
28 İyun , 2018 16:06
Kürdən 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Sabirabad. 28 iyun. REPORT.AZ/ Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən nəzarətsiz ərazidə meyiti tapılan şəxsin kimliyi məlum olub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bu, Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Xancan Malik oğlu Osmanovdur. 

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 


*** 15:43

Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən, nəzarətsiz ərazidə naməlum kişi meyiti aşkarlanıb.

FHN-dən “Report”a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi