Kürdən 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

Hadisə
  • 28 iyun, 2018
  • 12:06
Kürdən 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB
Report

Sabirabad. 28 iyun. REPORT.AZ/ Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən nəzarətsiz ərazidə meyiti tapılan şəxsin kimliyi məlum olub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bu, Sabirabad rayonunun Dadaşbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Xancan Malik oğlu Osmanovdur. 

Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 


*** 15:43

Kür çayının Sabirabad rayonu, Azadkənd kənd hissəsindən keçən, nəzarətsiz ərazidə naməlum kişi meyiti aşkarlanıb.

FHN-dən “Report”a bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.