Kürdəmirdə yük maşını traktora çırpılıb - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yük maşını traktora çırpılıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
193
26 May , 2019 20:10
Kürdəmirdə yük maşını traktora çırpılıb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


***18:48

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Qazax yolunun 186 km-də, Kürdəmirin Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.

1984-cü il təvəllüdlü Kürdəmir rayon sakini Məmmədov Samir Sərxan oğlu qoşqulu traktorla Bakı istiqamətində hərəkətdə olan zaman, Özbəkistan vətəndaşı, hazırda isə Salyan rayonunda qeydiyyatda olan 1957-ci il təvəllüdlü Əsədov Əli Ağayeviç idarə etdiyi "Kamaz" markalı yük maşını ilə arxadan ona çırpılıb. Nəticədə sürücülərdən xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi