Kürdəmirdə yolu keçmək istəyən 17 yaşlı qızı avtomobil vurub

Kürdəmirdə yolu keçmək istəyən 17 yaşlı qızı avtomobil vurub Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 Fevral , 2020 00:25
Kürdəmirdə yolu keçmək istəyən 17 yaşlı qızı avtomobil vurub

Kürdəmir rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Babək prospektində qeydə alınıb.

Rayon sakini, 1969-cu il təvəllüdlü İsmayılov Sahib Əjdər oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobillə yolu keçmək istəyən Atakişili kənd sakini, 2003-cü il təvəllüdlü Mahmudova Şəhanə İlqar qızını vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Şəhanə Məmmədova Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi