Kürdəmirdə yolda hərəkətin təhlükəsizliyini pozmaq cəhdinin qarşısı alınıb
Hadisə
- 16 iyun, 2025
- 22:47
Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində bir qrup şəxsin yolun intensiv hərəkət olan hissəsində təhlükəli küçə ticarəti fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb.
DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, həmin şəxslərə qanunvericiliyə uyğun olaraq profilaktik iş, izahedici söhbətlər aparılmaqla, avtomobil yolunda həmin əməlin insan həyatı və sağlamlığı üçün təhlükəli olması onların diqqətinə çatdırılıb.
Respublika əhəmiyyətli avtomobil yollarında qanunsuz ticarət fəaliyyəti hərəkətdə olan sürücülərin, sərnişinlərin də həyat və sağlamlığı üçün təhdid yaradan təhlükədir, qəza riskini artırır. Küçə ticarəti yalnız müəyyən olunan yerlərdə və qaydalara uyğun şəkildə həyata keçirilməlidir.
Son xəbərlər
04:10
İran Prezidenti xalqın tələblərini dinləməyin vacib olduğunu bəyan edib
Region03:45
Danimarka və ABŞ rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını müzakirə ediblər
Digər ölkələr03:07
ABŞ Nigeriyaya yenidən zərbələr endirə bilər
Digər ölkələr02:40
Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilir
Digər ölkələr02:24
Tacikistanda zəlzələ olub
Digər ölkələr02:17
İspaniya Superkubokunun finalçıları məlum olub
Futbol02:12
Tramp Maduronu əfv etmək niyyətində deyil
Digər ölkələr01:34
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
Digər ölkələr01:18
Video