Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.
"Report"un məlumatına görə, hadisə rayon ərazisində baş verib.
İki avtomobilin toqquşması nəticəsində 1955-ci il təvəllüdlü Hümbətov İbrahim Qabad oğlu müxtəlif bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına çatdırılıb, lakin sonra Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. Müayinə zamanı ona sol bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.