Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Xırdapay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iritutumlu yük (TIR) və BYD markalı minik maşınları toqquşub.
Nəticədə minik maşınında olan iki nəfər sərnişin - 57 yaşlı Şabanova Mehbarə Abdulla qızı və 29 yaşlı Abdullayeva Jalə Nazim qızı müxtəlif növ bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.