Kürdəmirdə yol qəzası zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB

Kürdəmirdə yol qəzası zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
22 İyun , 2018 19:09
Kürdəmirdə yol qəzası zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Kürdəmir. 22 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası zamanı xəsarət alanlardan biri xəstəxanada ölüb. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bu, "Muravey" markalı motosikletdə olan sərnişin, 1961-ci il təvəllüdlü Qardaşəli Əbülfəz oğlu Rüstəmovdur. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 


*** 16:24

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Babək prospektində qeydə alınıb. 

Belə ki, "Hyundai" markalı minik avtomobili "Muravey" markalı motosikletlə toqquşub. Nəticədə motosikletdə olan Kürdəmir rayonunun Aran qəsəbəsinin sakinləri - sürücü, 1959-cu il təvəllüdlü Şakir Əlmusa oğlu Zərbalıyev və sərnişini, 1961-ci il təvəllüdlü Qardaşəli Əbülfəz oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi