Kürdəmirdə 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Kürdəmirdə 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır Kürdəmirdə yol qəzası zamanı 3 nəfərin ölümünə səbə olmaqda təqsirləndirilən İkram Abbasovun cinyaət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
26 Yanvar , 2022 09:36
Kürdəmirdə 3 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Kürdəmirdə üç nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən İkram Abbasovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xamməd Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası fevralın 2-nə olacaq

Qeyd edək ki, hadisə 2021-ci ilin avqustunda Bakı-Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir istiqamətində hərəkətdə olan Zərdab rayon sakini, 42 yaşlı İkram Abbasovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi “166” yükdaşıma xidmətinə məxsus “Mercedes” markalı iritutumlu yük maşınına çarpılıb. Nəticədə minik avtomobilində olan sərnişinlər - bir ailənin üzvləri olan 46 yaşlı Hüseynov Qalib Sabiq oğlu, 35 yaşlı Hüseynova Aytəkin Heydər qızı, 11 yaşlı Hüseynova Gülər Qalib qızı hadisə yerində ölüblər.

Digər sərnişinlər - 12 yaşlı Hüseynova Aynur Qalib qızı və 6 yaşlı Hüseynov Sabiq Qalib oğlu isə ağır bədən xəsarətləri alıblar.

Son xəbərlər

Orphus sistemi