Kürdəmirdə yol qəzası olub, yaralılar var - YENİLƏNİB

Kürdəmirdə yol qəzası olub, yaralılar var - YENİLƏNİB Kürdəmir. 1 sentyabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan şəxslərin kimlikləri məlum olub.
Hadisə
1 Sentyabr , 2018 00:20
Kürdəmirdə yol qəzası olub, yaralılar var - YENİLƏNİB

Kürdəmir. 1 sentyabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Atakişili kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan şəxslərin kimlikləri məlum olub.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, bunlar "VAZ-21015" markalı avtomobilin sürücüsü, rayon sakini, 1960-cı il təvəllüdlü Həşimov Vidadi Seyidağa oğlu və onun sərnişini, rayon sakini, 1968-ci il təvəllüdlü Qasımov Gündüz Qasım oğludur. V.Həşimovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


***21:48

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə avtomobillərdən birinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi