Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
27 Dekabr , 2019 10:30
Kürdəmirdə yol qəzası olub, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 00.00

Kürdəmirdə yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, 1988-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Əsgərov Elxan Tahir oğlu "Volkswagen Passat" markalı avtomobillə Bakı istiqamətində hərkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü E.Əsgərov müxtəlif növ bədən xəsarətləri alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.

Hadisəyə sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi